Haqqımızda

Jobini.az, Azərbaycanda fəaliyyət göstərən iş elanı platformasıdır. Bu sayt iş axtaranlarla işəgötürənləri bir araya gətirərək, hər iki tərəfin ehtiyaclarına uyğun həllər təqdim etməyi məqsəd qoyur. Jobini.az, istifadəçi dostu interfeysi və geniş xidmətləri ilə Azərbaycan iş bazarında mühüm rol oynayır. Standart CV e-poçtu ilə e-poçtunuzda (iş elanı ID-si və ya iş elanı başlığına görə) rahat idarəetmə. Tezliklə idarəetmə paneli də istifadəyə veriləcək

Tezliklə yeni özəlliklər əlavə ediləcək

Saytımızın beta versiyası istifadəyə verildi! Hal-hazırda test mərhələsindədir və inkişaf etdirilməyə davam edir. Fikirləriniz bizim üçün önəmlidir! Təklif, irad, qarşıladığınız xətalar və şikayətləriniz üçün info@jobini.az e-poçt ünvanına yaza bilərsiniz.

Şirkət olaraq qeydiyyatdan keçmək üçün info@jobini.az e-poçt ünvanına aşağıdakı məlumatları göndərməyiniz xahiş olunur:

  • Şirkətin adı,
    VÖEN,
    Direktor (ad,soyad,ata adı),
    Telefon,
    E-poçt ünvanı,
    CV müraciətlərin qəbul ediləcəyi e-poçt ünvanı (birincil e-poçt ünvanı ilə eyni ola bilər),
    Əlaqə nömrəsi (Bu nömrə Jobini.az sisteminə giriş üçün gələcəkdə istifadə ediləcək),
    Şirkətin logosu (varsa)

DİQQƏT! Halhazırda platformada yerləşdirilən bütün elanlar ödənişsizdir.


Platformanın işləmə mexanizmi

Platformamızda şirkətlər tərəfindən vakansiyalar yerləşdirilir və bu elanlar 30 gün müddətində aktiv olaraq qalır. İstifadəçilər iş elanlarına müraciət edə bilmək üçün platformaya Google, LInkedIn hesabları vasitəsilə daxil olurlar. Giriş etdikdən sonra müraciət edə bilmələri üçün ilk növbədə CV yaratmaları tələb olunur. Əgər istifadəçilərin mövcud CV-si varsa, onu PDF formatında yükləyə və ya mətn formasında daxil edərək, vakansiyaya uyğun şəkildə istədikləri dilə avtomatik tərcümə etdirə də bilərlər. Bu proses zaman baxımından səmərəlidir və istifadəçilərin məlumatları əllə ayrıca daxil etməsinə ehtiyac qalmır.
İstifadəçilərə eyni zamanda sıfırdan yeni CV yaratmaq imkanı da təqdim olunur. Süni intellekt dəstəyi ilə şəxsi məlumatlar əsasında məzmun generasiyası mümkündür. Ən vacib üstünlüklərdən biri isə odur ki, istifadəçilər istədikləri sayda fərqli CV-lər yarada bilərlər. Daxil etdikləri məlumatları düzənləyə bilərlər.
Müraciət prosesi çərçivəsində istifadəçilər tərəfindən göndərilən ilk müraciət formaları, standart formatda birbaşa olaraq şirkətin qeydiyyatda olan e-poçt ünvanına yönləndirilir. E-poçtun mövzu hissəsində vakansiyanın başlığı və elan ID-si yer alır ki, bu da şirkət nümayəndələrinə müraciətləri effektiv və asan şəkildə idarə etmək imkanı yaradır. Əlavə olaraq, yaxın zamanda şirkətlər üçün nəzərdə tutulmuş idarəetmə paneli vasitəsilə müraciətlərin daha sistemli şəkildə izlənməsi və idarə olunması təmin edilir.